Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq.) bu gün Tokio-2020-də bürünc medal uğrunda görüşə çıxıb.
Sportal.az xəbər verir ki, o, Ermənistan təmsilçisi Karapet Çalyanla üz-üzə gəlib. Rəqibinə 4:1 hesabı ilə qalib gələn idmançımız bürünc medal qazanıb.
Qeyd edək ki, bu, Azərbaycanın Tokio-2020-də 3-cü medalıdı. Daha əvvəl boksçu Alfonso Dominqes və cüdoçu İrina Kindzerska bürünc medal qazanıb.
saytlarin hazirlanmasi