Canni De Byazi Ukrayna millisində?

10:41 - 4 Avqust 2021

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Ukrayna yığma komandasının baş məşqçi postuna namizədlər arasında göstərilib.

 

Sportal.az saytının Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Andrey Şevçenko bu postu tərk etdikdən sonra yerli federasiya baş məşqçi axtarışına başlayıb.

 

De Byazi ilə yanaşı siyahıda Sergey Rebrov, Miron Markeviç və Yurgen Klinsman da adı var. Ukraya Futbol Federasiyasının baş məşqçi postuna hansı mütəxəssisi gətirəcəyi danışıqlardan sonra bəlli olacaq.

Xəbər xətti