Co Hartın yeni klubu müəyyənləşdi

11:07 - 4 Avqust 2021

İngiltərə millisinin sabiq qapıçısı Co Hartın yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, "Tottenhem"dən ayrılan qolkiper "Seltik"ə keçib. Bu barədə Şotlandiya klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanıb.

 

2020-ci ildən "Tottenhem"də çıxış edən Hart ötən mövsüm 10 oyunda 8 qol buraxıb. Təcrübəli qapıçı 2008-2017-ci illərdə İngiltərə millisində çıxış edib.

Xəbər xətti