Azərbaycanlı idmançı finalda uduzdu

16:10 - 4 Avqust 2021

Tokio-2020-də yunan-Roma güləşində 67 kq çəki dərəcəsində kişilərin mübarizəsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan əsilli Ukrayna təmsilçisi Pərviz Nəsibov finalda Məhəmməd Reza Qerayi (İran) ilə qarşılaşıb. Görüş vaxtından əvvəl başa çatıb. Məhəmməd Reza Qerayi texniki üstünlüklə qələbə qazanaraq (9:1) Olimpiya Çempionu olub. Pərviz gümüş medalla kifayətlənib.

 

Nəsibov 1/4 finalda Artyom Surkovu (ROK), yarımfinalda isə Məhəmməd İbrahim Əl-Sayedi (Misiri) məğlub edərək həlledici görüşə vəsiqə qazanmışdı.

Xəbər xətti