İngilis klubu Koutinyo üçün "Barseloya" müraciət edəcək

19:00 - 4 Avqust 2021

“Barselona”nın yarımmüdafiəçisi Filip Koutinyo İngiltərəyə geri dönməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, əvvəllər "Liverpul"da çıxış etmiş braziliyalı bu dəfə “Tottenhem”in maraq dairəsindədi.

 

Londonlular Koutinyo transferini, Harri Keyni “Mançester Siti”yə satdıqdan sonra həyata keçirəcək. Məsələ burasındadır ki, "Tottenhem" Keyn transferindən əldə edəcəyi məbləğlə Koutinyo üçün “Barselona”ya müraciət edəcək. 

Xəbər xətti