Almaniyada oynayan həmyerlimiz: "Son vaxtlar Azərbaycandan heç kim mənimlə danışmayıb"

17:25 - 4 Avqust 2021

“Klubumda işlərim yaxşı gedir. Mövsümöncəsi hazırlıq prosesi keçirik. Uzun müddət oyunlar olmadı deyə, ən yaxşı şəkildə hazırlaşırıq”.

 

Bu sözləri Sportal.az saytına açıqlamasında “Verl”in yarımmüdafiəçisi Maksim Bayramov deyib.

 

Almaniyanın aşağı liqasında yarışan “Verl”in futbolçusu olan Bayramov əslən azərbaycanlıdı. Atası azərbaycanlı, anası moldovalı olan Maksim Moldovada dünyaya göz açıb və bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etmiş müdafiəçi sonradan Azərbaycanın U-19 yığmasına cəlb edilmişdi. Karyerasını Almaniyada davam etdirən Bayramov sonradan yığmamıza cəlb edilməmişdi.

 

Futbolçu saytımıza açıqlamasında bu haqda da fikirlərini bildirib: “Düzü, son vaxtlar Azərbaycandan heç kim mənimlə danışmayıb. O vaxtı məni yığmaya dəvət etmişdilər. Sadəcə məktəb imtahanlarımla əlaqədar olaraq toplanışa gedə bilməmişdim. Elə ondan sonra da təklif olmadı. Amma indi mən bütün fikrimi klubumdakı işlərimə yönəltmişəm. Əlbəttə ki, millidə oynamaq futbolçunun statusunu yüksəldir və skautların diqqətini cəlb edirsən. İstənilən halda meydanda futbolçu oynayır, onun statusu yox”

Xəbər xətti