"Qarabağ"a qarşı oynamış APOEL-li: "AEL-lə oyunda problem yaşayacaqlar"

13:58 - 5 Avqust 2021

APOEL-in sabiq futbolçusu, Nikosiya təmsilçisinin heyətində 2019/2020 mövsümündə "Qarabağ"a qarşı 4 oyun keçirmiş Georgios Merkis Sportal.az saytına açıqlama verib.

 

Nikosiya klubunda kapitan sarğısı daşımış, "Qarabağ" və AEL-i də yaxşı tanıyan veteran futbolçu komandaların bu gün Konfrans Liqasının üçüncü təsnifat mərhələsində oynayacağı oyundakı şanslarını dəyərləndirib:
 

“AEL çox yaxşı komandadı. Ağıllı baş məşqçiləri, yaxşı futbolçuları var. “Qarabağ” üçün çətin olacağı dəqiqdi. Doğrudu, “Qarabağ” daha yaxşı komandadı. Amma onlar AEL-lə matçda problem yaşayacaq. Növbəti mərhələyə hansı komanda çıxacaq soruşsanız, dəqiq bir söz deyə bilmərəm. Çünki məncə, şanslar 50/50-di”.

Xəbər xətti