HİK-in bir futbolçusu "Neftçi" ilə oyuna fərqli formada çıxıb - FOTO

14:29 - 5 Avqust 2021

Avropa Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutan "Neftçi" - HİK görüşündə maraqlı hal yaşanıb.

 

Sportal.az xəbər verir ki, Finlandiya təmsilçisinin bir futbolçusu meydana fərqli formada çıxıb. Belə ki, qonaqların hücumçusu Filip Valençiçin formasının üzərində komanda yoldaşlarında fərqli olaraq başqa sponsorun adı yazılıb.

 

29 yaşlı futbolçu matça start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, "Neftçi" - HİK matçı 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Xəbər xətti