"Qalatasaray"ın futbolçusu İstanbulun digər klubuna keçdi

Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Cimmi Durmazı heyətinə qatıb. 32 yaşlı yarımmüdafiəçi İstanbul klubu ilə 2 illik müqavilə imzalayıb.

 

İsveç milli komandasında 49 oyuna çıxan Cimmi 2019-cu ildən Türkiyənin digər klubu “Qalatasaray”da çıxış edirdi. O, son mövsümü icarə əsasında "Fatih Karagümrük"də keçirib.

Tarix: 5 Avqust [14:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio