Stefan Şçepoviç: "Qarabağ"dan daha yaxşı oynayırdıq"

10:58 - 6 Avqust 2021

AEL-in forvardı Stefan Şçepoviç Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunu haqda danışıb.

Sportal.az xəbər verir ki, serbiyalı forvard Ağdam klubuna qarşı Larnakada keçirilən matçla(1:1) bağlı bunları deyib:


“Biz bərabərlikdən daha çoxuna layiq idik. Çünki yaxşı oynadıq. Bəlkə də yaxşı ki, rəqib son dəqiqələrdə qol vurdu. Məhz bu, Bakıdakı matçda bizə güc verməlidi. İlk dəqiqələrdən biz “Qarabağ”dan daha yaxşı oynayırdıq. Fasilədən sonra isə sürəti də artırmağa başladıq. Əlbəttə ki, hər şey məntiqi sonluqla nəticələnməli idi. Vurduğum qola gəlincə, hücumçu üçün qol vurmaq çox yaxşıdı. Amma biz komandayıq, vurduğum qol da komandanın zəhmətidi”.


Limassol klubunun forvardı Bakıdakı matçdakı şanslarından da söz açıb: “Növbəti mərhələyə adlayacağımıza inanırıq. Məqsədimizə çatmaq üçün hər şeyi edəcəyik. İlk oyundakı səhvlərimizdən dərs çıxarmalıyıq. Ki, cavab oyununda daha ehtiyatlı olaq. Daha yaxşı oynamalıyıq ki, uğur gəlsin”.

 

Xəbər xətti