“Mançester Siti” İngiltərə millisinin üzvü Cek Qrilişin transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, “şəhərlilər” 25 yaşlı yarımmüdafiəçi üçün “Aston Villa”ya 100 milyon funt-sterlinq (117,4 milyon avro) ödəyib. Oyunçu ilə 5 illik müqavilə imzalanıb. Cek komandada 10 nömrəli formada çıxış edəcək.
"Aston Villa” yetirməsi olan futbolçu 2012-ci ildən əsas komandada çıxış edirdi. Qriliş Premyer Liqada keçirdiyi 96 oyunda 15 qol vurub, 19 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi