Yığmamız gürcülərə qarşı

13:12 - 6 Avqust 2021

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.
 

Sportal.az xəbər verir ki, yığmamız saat 19:00-da “Dalğa Arena”da keçiriləcək qarşılaşmada gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaq.

 

Komandalar arasında avqustun 3-də keçirilmiş ilk oyun 3:2 hesabı ilə Gürcüstan millisinin xeyrinə başa çatıb.

Xəbər xətti