Tokio-2020-nin yarımfinalında karateçimiz Rafael Ağayev macarıstanlı Karol Harspataki ilə üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançımız adını finala yazdırıb.
Rafael Ağayevin finaldakı rəqibi Luici Busa olacaq. Ağayev finalda italiyalı rəqibinə uduzub və gümüş medala sahib çıxıb.
****
Tokioda keçirilən Yay Olimpiya oyunlarında karateçimiz Rafael Ağayev (75 kq) bu gün mübarizəyə başlayıb.
Sportal.az xəbər verir ki, idmançımız B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
Agayev ilk döyüşünü alman Noa Biçə qarşı keçirib və 2:1 hesabı ilə qalib gəlib. O, ikinci görüşünü Çuneari Yahiroya qarşı keçirib. Ağayev avstraliyalı rəqibini də 5:0 məğlub edib.
İdmançımız üçüncü döyüşünü Nurkanat Ajiqanova qarşı keçirib və ona 3:2 hesabı ilə qalib gəlib.
Qrupda sonuncu döyüşünü isə Ağayev Luici Busaya qarşı keçirib və rəqibinə uduzaraq qrupda ikinci yeri tutub.
Yarımfinalda Ağayev Macarıstan təmsilçisi olan Karol Harspataki ilə üz-üzə gələcək.
Yarımfinal matçları Bakı vaxtı ilə saat 15.22-də, final görüşü isə 15.50-də olacaq.
