“İnter” forvardı axtarışlarına başlayıb.
Sportal.az xəbər verir ki, buna səbəb Romelu Lukakunun komandanı tərk etmək ehtimalının yüksək olmasıdı.
Belə ki, “Çelsi” belçikalı forvardı transfer etmək üçün artıq onun razılığını alıb.
“Nerazzura” Lukakunu Moyze Kinlə əvəzləmək niyyətindədi.
“Everton”da çıxış edən italiyalı forvard özü də İtaliyaya qayıtmağa hazırdı. 2000-ci il təvəllüdlü Kin “Everton”a məxsus olsa da, son mövsümü icarə əsasında PSJ-də keçirib.
saytlarin hazirlanmasi
