Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin siyahısında yer alan Barış Ekincier klubunu dəyişəcək.
Sportal.az saytının məlumatına görə, “Bohum”la 2022-ci ilə kimi müqaviləsi qüvvədə olan Ekincier Almaniyada başqa komandanın formasını geyinəcək.
Belə ki, millimizə namizədlər sırasında göstərilən gənc hücumçu Almaniya üçüncü Bundesliqasında yarışan “Valdhof Manhaym” klubuna keçməyə hazırlaşır. O, bu komandada icarə əsasında da çıxış edə bilər.
saytlarin hazirlanmasi