“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi AEL klubun rəsmi saytı vasitəsilə dünən matçın sonlarında baş verən insidenti də əhatə edən açıqlama yayıb.
Sportal.az xəbər verir ki, Kipr klubu açıqlamasında “AEK Arena”da yerli komandaya dəstək olan 2000 civarındakı azarkeşlərə təşəkkür bildirib. Bununla yanşı isə son dəqiqələrdə baş verən qalmaqalda azarkeşləri deyil, dolayısı yolla “Qarabağ”ı günahkar çıxarıb:
“Əldə etdiyimiz gözəl və ailə mühiti, heç bir halda rəqibin təxribatının tələsinə düşmüş iki azarkeşin hərəkətlərinin kölgəsində qalmamalıdı. Dünənki hadisəni qınayırıq və eyni zamanda bütün azarkeşləri, öz komandalarının müdafiəsinə bu cür qalxmalarına çağırırıq. Məhz bu halla komandamız da azarkeşlərin yanında olacaq".
saytlarin hazirlanmasi
