Tanınmış telejurnalist Ceyhun Rzayev dünən keçirilən AEL - "Qarabağ" (1:1) matçının son dəqiqələrində baş verənlərlə bağlı feysbuk profilində öz fiirlərini paylaşıb.
Sportal.az həmin paylaşımı təqdim edir:
"Stadionda azarkeşlər bizimkiləri söyür, meydana müxtəlif əşyalar atır, AEL-in nümayəndəsi və futbolçusu Qurban Qurbanovun üzərinə yeriyir. Aranın qarışdığını görən hakim oyunu saxladı. Hamı tuneldən içəri daxil olub paltardəyişmə otağına yollandı. Bizimkilər də, kiprlilər də. Bir də nə görsəm yaxşıdır? Qurban müəllim meydandadır. Tək özü, yanında heç kim yox. Dik duruşla, qartal baxışla minlərlə ermənipərəst yunana baxırdı. Qürurverici, fəxrediləsi mənzərə idi. Adam bütün yunan Kiprinə meydan oxudu: Mən tək, siz hamınız! Ruslarda bir ifadə var - лицо нации. Qurban Qurbanov millətin siması, fəxarət tablosudur!"
saytlarin hazirlanmasi