"Turan Tovuz"un baş məşqçisi təyin olunan Rövşən Babayev Sportal.az saytına müsahibə verib:
- "Turan Tovuz"a baş məşqçi təyin olunmağınız necə oldu?
- Açığı, mənim üçün gözlənilməz oldu. Belə bir təklif gələcəyini gözləmirdim. Oqtay Abdullayevlə görüşüb razılıq əldə etdik. İki gün sonra Tovuza gedib işimizə başlayacağıq.
- Müqavilənizin müddəti nə qədərdi?
- Müqavilənin müddəti ilə bağlı danışığımız olmayıb. Dedilər Tovuza gedək, orada komanda ilə tanış olub detalları danışaq.
- "Turan Tovuz"da məqsədiniz nə olacaq?
- Bir məqsəd var, o da yüksək yerlər uğrunda mübarizə aparmaq. Bundan başqa "Turan Tovuz" akademiyasında olan uşaqlara bacardığımız qədər dəstək olmaq və onların gələcəkdə Premyer Liqa klublarında oynamasına şərait yaratmağa çalışacağıq.
- "Turan Tovuz"da işləmək sizin üçün çətin olmayacaq?
- Tovuz futbolu zəngindi. Orada həm yaxşı futbolçular, həm yaxşı mütəxəssislər var. Bir-birimizlə vəhdət qursaq, inansaq, mənə dəstək olsalar, yaxşı iş qura bilərik. Bölgədə işləmək təcrübəmiz var. Tovuzda futbolu bilirlər, futbolu sevirlər. Həm Tovuzlu məşqçilər, həm azarkeşlər bizə dəstək olmalıdır. Əsas məqsədimiz Tovuzdakı gənc futbolçuları üzə çıxarmaqdı.
saytlarin hazirlanmasi