Qvardiola: "Messi hazırda planlarımızda yoxdu"

17:52 - 6 Avqust 2021

"Barselona"dan ayrılan Lionel Messinin karyerasını harada davam etdirəcəyi maraqla gözlənilir.

 

Sportal.az xəbər verir ki, argentinalı ulduzun "Mançester Siti"yə keçəcəyi barədə iddialar var. Lakin İngiltərə təmsilçisinin baş məşqçisi Pep Qvardiola bu məlumatları təkzib edib. O, Messinin planlarında olmadığını deyib:

 

"10 nömrəli formanı Cek Qrilişə verdik, çünki Lionel Messinin "Barselona"da davam edəcəyini düşünmüşdük. Messi hazırda planlarımızda yoxdu".

Xəbər xətti