Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, yığmamız “Dalğa Arena”da gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. U-19-un heyətində 40-cı dəqiqədə Mirmövsüm Canıyev və 66-cı dəqiqədə Berkay Vardar fərqlənib.
Komandalar arasında avqustun 3-də keçirilmiş ilk oyun 3:2 hesabı ilə Gürcüstan millisinin xeyrinə başa çatmışdı.
saytlarin hazirlanmasi