Messi mətbuat konfransı keçirəcək

16:56 - 7 Avqust 2021

"Barselona"dan ayrılan Lionel Messi mətbuat konfransı keçirəcək.

 

Sportal.az xəbər verir ki, argentinalı ulduz bazar günü "Kamp Nou" stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Bu barədə Kataloniya təmsilçisinin sosial şəbəkə hesabları məlumat yayıb.

 

Mətbuat konfransı "Barselona"nın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, iyun ayında İspaniya təmsilçisi ilə müqaviləsi başa çatan Messi klubla yeni sözləşmə imzalamayıb.

Xəbər xətti