"Qarabağ" futbolçusunu Türkiyə klubuna göndərdi

20:45 - 7 Avqust 2021

“Qarabağ” futbolçusu Kvabena Ovusunu Türkiyənin “Ankaragücü” klubuna icarəyə verib.

 

 

Sportal.az xəbər verir ki, 24 yaşlı vinger Ankara təmsilçisi ilə 1 illik icarə müqaviləsi imzalayıb.

 

"Ankaragücü" 2021/22 mövsümündə TFF 1-ci liqasında mübarizə aparacaq.

 

Qanalı futbolçu 2019-cu ildə İspaniyanın "Kordoba" klubundan Ağdam klubuna keçmişdi.

Xəbər xətti