Rəşad Sadıqov: "Komanda tam istədiyim səviyyədə deyil"

23:23 - 7 Avqust 2021

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sumqayıt"a qarşı keçirdikləri yoxlama matçından sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis məğlubiyyəti (0:1) şərh edib:

 

"Maraqlı oyun oldu. Xüsusilə də ikinci hissə sürətli keçdi. Son yoxlama oyunumuz idi. 1 həftə sonra Premyer Liqanın ilk turunda "Qarabağ"la qarşılaşacağıq. Bəzi şeyləri sınaqdan keçirdik. Nə qədər hazır olduğumuzu çempionat oyunları göstərəcək. Hələ də komanda tam istədiyim səviyyədə deyil. Çalışacağıq ki, çempionat oyununa qədər tam hazır formaya yüksələk".

Xəbər xətti