"Çelsi" Lukakunu transfer etdi

23:33 - 7 Avqust 2021

"Çelsi" "İnter"in futbolçusu Romelu Lukakunu transfer edib.

 

Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, London təmsilçisi bu keçid üçün 115 milyon avro təzminat ödəməyə razılaşıb. Belçika millisinin üzvü ilə 5 illik razılıq əldə edilib.

 

28 yaşlı futbolçu 2011-2014-cü illərdə də "Çelsi"də çıxış edib.

Xəbər xətti