“Torino”nun forvardı Andrea Belotti komandada qalmaq niyyətində deyil.
Sportal.az xəbər verir ki, İtaliya millisinin hücumçusu bir neçə klubdan təklif alıb. Turin təmsilçisi forvardına illik 3,3 milyon avroluq maaş təklif etməyə hazırdı.
Lakin 27 yaşlı hücumçu qarşıdakı mövsümə daha iddialı klubda başlamaq istəyir. Ötən mövsüm 36 oyuna 13 qol vuran forvard yeni mövsümə yeni komandada başlayacaq. “Albinoleffe” yetirməsi olan hücumçu 2015-ci ildə “Palermo”dan “Torino”ya keçmişdi.
saytlarin hazirlanmasi
