"Barselona" prezidenti: "Messi PSJ-yə keçir"

11:58 - 8 Avqust 2021

“Barselona”dan ayrılan Lionel Messi PSJ-də çıxış edəcək.

Sportal.az xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Joan Laporta məlumat verib. O, yerli mətbuata qısa açıqlamasında bu cür danışıb: “Bəli, Messi PSJ-yə keçir. Onun komandamızda qalması üçün hər şeyi edərdim. Amma bu baş verməyəcək. Mən hər şeyi etdim, amma olmadı”.

​Xatırladaq ki, argentinalı ulduz 2003-cü ildən bu yana çıxış etdiyi “Barselona” karyerasını yekunlaşdırıb. 

 

Xəbər xətti