“Napoli”nin müdafiəçisi Kalidu Kulibali Fransaya yollanamağa hazırlaşır.
Sportal.az xəbər verir ki, seneqallı müdafiəçiyə PSJ-dən rəsmi təklif gəlib.
Futbolçunun agenti Fali Ramadani Paris klubu ilə danışıqlara başlayıb. Məlumata görə, tərəflər artıq müqavilədə razılıq əldə edib. Fransa nəhənginin Lionel Messidən sonra Kulibali transferini də açıqlayacağı ehtimal edilir.
Fransanın U-21 yığmasının sabiq üzvü olan 30 yaşlı müdafiəçi "Metz"in yetirməsi hesab edilir.
