"Qarabağ"ın futbolçusu Kevin Medina Sportal.az saytına müsahibə verib:
- “Qarabağ” AEL-lə matçda qalib gələ bilmədi. 1:1 hesabı sizi razı saldı?
- Əslində beynimizdə tutduğumuz hesab, nəticə başqa idi. Təbii ki, ilk oyunda mümkün şərtlər altında qələbə qazanmağı planlaşdırırdıq. Amma ümumi götürsək, vəziyyətin necə cərəyan etdiyini nəzərə alsaq, oyunun gedişində məğlub durumdaydıq, son dəqiqədə hesabı bərabərləşdirə bildik. Yəni vəziyyətin belə olduğunu nəzərə alsaq, 1:1 hesabını pis nəticə saymaq olmaz. Hər şey açıq-aşkardı, cütün taleyi Bakıda həll olunacaq.
- Ümumiyyətlə, Limassol klubundan bu cür oyun gözləyirdiniz, yoxsa daha güclü rəqib gözləyirdiniz?
- Komandanın fiziki gücü olduğunu bilirdik. Daha çox birə-bir mübarizələrin çox olacağı oyun gözləyirdik. Şəxsən mən elə gözləyirdim. Təxminlərim özünü doğrultdu. Həqiqətən rəqabətə davamlı komandadı. Nə gözləyirdim onu da gördüm.
- Qələbə qazana bilməməyinizə əsas səbəb nə idi, havanın isti olması, özünüzün hücumları tam dəqiqliklə başa vura bilməməyiniz, yoxsa rəqibin gücü?
- İqlim faktoru həqiqətən rol oynayırdı. Hava çox isti idi. Matçdan qələbə ilə ayrılmamağımızın səbəbi, vəziyyətləri boşa verməyimiz, onlardan daha dəqiq istifadə etməməyimiz idi. Hava, iqlim, yorğunluq öz təsirini göstərirdi. Çox qol vəziyyətlərimiz oldu, istifad edə bilmədik. Deyərdim ki, AEL-dən də çox qol epizodlarımız oldu.
- Rəqibin hücum xəttinə qarşı oynamaq çox çətin idi? Xüsusilə də Stefan Sçepoviçin qarşısını almaqdan ötrü çətinlik çəkirdiz?
- Düzdü, rəqibin müəyyən keyfiyyətlərə malik oyunçulardan qurulmuş hücum xətti var. Nəsə var onlarda. Amma qeyri-adi nəyəsə qadir olduqlarını deyə bilmərəm. Hətta mənə görə, “Aşdod”a qarşı oynamaq daha çətin idi, nəinki AEL-ə. Yaxşı oyunçuları var, özünəməxsus keyfiyyətlərə malikdilər, amma qaşrıalınmaz deyillər. Nəsə, qeyri-adi üstünlüyə malik deyillə.
- Bakıda bu komandanı məğlub etmək mümkün olacaq?
- Bakıdakı meydanı tanıyırıq, dəfələrlə oynamışıq, uyğunlaşmışıq meydana. Hava şəraitinə də uyğunlaşmışıq deyə, Bakıda eyni problemləri yaşamayacağıq və daha effektli olacağıq.