"Qarabağ"ın "Ankaragücü"nə icarəyə verdiyi forvard Kvabene Ovusu şəxsi instaqram səhifəsində keçidi ilə bağlı yazıb.
Sportal.az xəbər verir ki, qanalı hücumçu Ankara təmsilçisinə keçidi barədə bunları qeyd edib: "Mənim üçün xüsusi gündü. Həqiqətən də "Ankaragücü" kimi böyük klubdakı macəramı səbirsizliklə gözləyirəm".

