"Barselona"nın futbolçusu rekorda imza atdı

15:45 - 8 Avqust 2021

İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Pedri rekorda imza atıb.

Sportal.az xəbər verir ki, 18 yaşlı futbolçu Tokio Yay Olimpiya oyunlarında Braziliya ilə final görüşünə çıxaraq bu göstəriciyə imza atıb.

​Həmin matç Pedri üçün mövsüm ərzində 73-cü oyunu olub. O, bu göstərəci ilə “Mançester Yunayted” və Portuqaliya millisinin üzvü Bruno Fernandeşin rekordunu keçib.

Xəbər xətti