"Everton" və Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqes Lionel Messinin "Barselona"dan ayrılmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, Xames argentinalı ulduzun karyerasını hansı komandada davam etdirməli olmasını da söyləyib:
"Messi "Yuventus"a keçib, orada Kriştiano Ronaldo ilə birlikdə oynamalıdı. Bu əsl "bomba" olardı. Dünyada çoxları bu iki futbolçunun eyni komandada oynamasını görmək arzusu ilə yaşayır. Həqiqətən də çox maraqlı olardı".
saytlarin hazirlanmasi
