Messi tibbi müayinədən keçmək üçün Parisə yollanır

18:47 - 8 Avqust 2021

“Barselona”dan ayrılan Lionel Messi karyerasını Fransada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçu PSJ-nin 2 illik müqavilə təklifini qəbul edib. O, bu gecə Parisə yollanacaq və sabah tibbi müayinədən keçəcək. Paytaxt təmsilçisi avqustun 10-da transferi açıqlamağı planlaşdırır. 34 yaşlı futbolçuya 19 nömrəli forma ayrılıb.

 

Messinin "Barselona" ilə müqaviləsi iyunun 30-u başa çatmışdı. O, bu gün mətbuat konfransı keçirib və klubla vidalaşıb.

Xəbər xətti