"Neftçi"nin futbolçusu Namiq Ələsgərovun Türkiyə TFF I Liqa təsmilçisi "Bursaspor"la müqavilə imzalamağa hazırlaşır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu gün Bursaya gedəcək və son danışıqları aparacaq. 26 yaşlı futbolçunun transferi tezliklə rəsmiləşəcək.
"Bursaspor"un vitse-prezidenti Emin Adanur hücumameyilli yarımmüdafiəçinin keçidinin 99 faiz həll olunduğunu bildirib. O, bu transfer üçün "Neftçi"yə oyunçunun müqaviləsinin ləğvi üçün yer alan təzminat məbləğini ödəyəcəklərini vurğulayıb.
Ələsgərov 2017-ci ildə "Qarabağ"dan "Neftçi"yə keçmişdi.
saytlarin hazirlanmasi