"Zirə"dən ayrıldı, ərəb klubuna keçdi - FOTO

11:39 - 9 Avqust 2021

Ötən mövsümü “Zirə”də keçirən Lazar Corceviç özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, serb Bəhreyndə oynayacaq. O, “Əl Xaldiya” klubu ilə anlaşıb.

Corceviç ötən mövsümün sonlarına yaxın, daha dəqiq desək 23-cü turda “Neftçi”(0:4) və ölkə kubokunun yarımfinalının “Keşlə” ilə cavab qarşılaşmasında (2:3) kobud səhvlərilə komandasının məğlubiyyətlərinə səbəb olmuşdu.

O, “Zirə”yə “Radniçki”(Nis) klubundan gəlmişdi. 

Xəbər xətti