"Liverpul"da Robertson şoku

13:48 - 9 Avqust 2021

İngiltərənin "Liverpul" klubunda ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "qırmızılar"ın sol cinah müdafiəçisi Endryu Robertson zədələnib. Şotlandiyalı futbolçu "Atletik"lə keçirilən yoxlama oyununda (1:1) topuğundan xəsarət alıb. 44-cü dəqiqədə zədələnən 27 yaşlı müdafiəçi oyunu davam etdirə bilməyib.

 

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Robertsonun zədəsi haqda danışıb. O, futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyini bildirib:

 

"Hazırda Robertsonun zədəsinin nə qədər ciddi olduğunu bilmirik. Topuğu burxuldu. Ağrı hiss etmir. Tibbi müayinədən sonra daha ətraflı öyrənəcəyik".

Xəbər xətti