"Sabah"ın futbolçusu Messidən yazdı - FOTO

12:53 - 9 Avqust 2021

“Sabah”a gəlməmişdən əvvəl “Barselona”da oynamış Xuan Kamara Lionel Messinin Kataloniya klubundan ayrılmasından sonra şəxsi instaqram səhifəsində argentinalı ulduz haqda yazıb.

Sportal.az xəbər verir ki, Kamara instaqram hesabında Messi barədə bunları yazıb: "Bütün dövrlərin ən yaxşısı ilə məşq edib, oynadığıma görə necə də şanslıyam".

Kamara 2014-2018-ci illərdə "Barselona"da oynayıb.

Xəbər xətti