Qrizmann "Mançester Yunayted"də?

18:18 - 9 Avqust 2021

"Mançester Yunayted" "Barselona"nın hücumçusu Antuan Qrizmannla maraqlanır.

 

Sportal.az xəbər verir ki, Lionel Messi ilə yollarını ayıran katalonlar büdcəni artırmaq üçün daha bir neçə yüksək ödənişli futbolçunu yola salmaq istəyir. "Barselona"da illik 35 milyon avro maaş alan Fransa millisinin üzvü də komandadan ayrıla bilər.

 

30 yaşlı futbolçu ilə "Mançester Yunayted" ciddi maraqlanır. Tərəflərin tezliklə danışıqlara başlayacağı gözlənilir.

 

Qrizmann 2019-cu ildə "Atletiko"dan "Barselona"ya 120 milyon avro qarşılığında keçmişdi.

 

Xəbər xətti