Mahmud Qurbanov: "Komanda sayı nə qədər çox olsa, gənclərin oynamaq, inkişaf etmək şansı da çox olar" - MÜSAHİBƏ

15:40 - 9 Avqust 2021

"Neftçi-2"nin baş məşqçisi Mahmud Qurbanov Sportal.az saytına müsahibə verib:

 

- Yeni mövsümün hazırlığı necə gedir?

- Ayın ikisi hazırlığa başlamışıq. Məşqlərimiz davam edir. 5-6 futbolçu ilə yollarımızı ayırdıq. "Zaqatala"dan bir oyunçu transfer etmişik, qalanlarını da akademiyadan heyətə cəlb etmişik. Akademiyanın yetirmələrinə üstünlük veririk.

 

- Ölkə xaricində təlim-məşq toplanışı planlaşdırılır?

- Ayın 20-si türkiyəyə gedəcəyik. Orada 10 günlük təlim-məşq toplanışı keçəcəyik. 3 yoxlama oyunu keçirəcəyik. 2-ci, 3-cü liqa kubları ilə qarşılaşacağıq.

 

- Mövsüm bitəndən sonra əsas komandaya neçə oyunçu verdiz?
- 4-5 oyunçu əsas komandaya gedib. İki futbolçumuz Bakıda "Olimpiakos"la oyunda meydana çıxdı. 

 

- Onların oyunu necə təsir bağışladı?
- Oynadıqca yavaş-yavaş "bişəcəklər". 15-20 dəqiqə meydanda olmaq gənc futbolçular üçün yaxşıdı. 

 

- 19-20 yaşlı futbolçuların Premyer Liqada debüt etmədin birdən-birə Çempionlar Liqası oyununda meydana çıxması nə dərəcədə düzgündür?
- Belə anlayış yoxdur ki, futbolçunu Premyer Liqada oynadaq, Çempionlar Liqasında yox. Düşünürəm ki, Samir Abasov onları meydana buraxmaqla düz elədi. Futbolçu oynamalıdır, ab-havanı hiss etməlidir. Bu, onlar üçün stimuldur. Gənc futbolçular üçün bu, o deməkdir ki, məşqçi onlara inanır, şans verir. Öz yetirmələrinin oynaması klub üçün də yaxşıdır. 

 

- Yeni mövsümdə hədəfiniz nədir?

- Bizim hədəfimiz həmişə akademiyamızda olan uşaqları komandaya cəlb etmək, əvəzedici heyətdə heyətdə möhkəmləndirmək və oynatmaqdır. Yalnız gənclərin oynamağı da düzgün deyil, aralarında təcrübəli futbolçular da olmalıdır. Çalışacağıq ki, yüksək yerləri tutaq. Özümüzü sığortalamaq üçün demirəm, amma əsasən üstünlüyü gənc oyunçulara verəcəyik.

 

- Həm öz komandanızda, həm I Diviziondakı rəqiblərinizin heyətində bu gün Premyer Liqada oynaya biləcək perspektivli futbolçular var?

- Bəli, I Dİvizonda elə futbolçular var ki, Premyer Liqada oynamaq üçün onlara kömək etmək lazımdır. Bizim özümüzün bir neçə futbolçumuz əsas komandadadır, oyunlara çıxırlar. Bu tendensiya bizdə var. Növbəti mövsüm də belə olacaq. 

 

- İstedadlı futbolçuların üzə çıxması üçün komanda azlıq təşkil edir. Bu fikirlə razısız?

- Əlbəttə ki, komanda azdır. Bunu hər zaman deyirik. Futbolçuların oynamaq imkanı olmalıdır. Komanda sayı nə qədər çox olsa, gənclərin oynamaq, inkişaf etmək şansı da çox olar. 

Xəbər xətti