"Zirə"dən ayrılan futbolçu Klesio Bauk karyerasını Portuqaliyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi “Maritimo” klubuna keçib. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Mozambikli futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Klesio Bauk Azərbaycanda “Zirə” və “Qəbələ”də çıxış edib. O, ötən mövsümün sonunda “Zirə”dən ayrılıb.
saytlarin hazirlanmasi