"Qarabağ"ın oyununa neçə bilet satılıb?

19:19 - 9 Avqust 2021

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - AEL (Kipr) matçına bilet satışı davam edir.

 

Sportal.az xəbər verir ki, indiyədək 5 minə yaxın bilet satılıb.

 

Nazilər Kabinetinin qərarına əsasən, pandemiyaya görə oyunlara stadion tutumunun 50 faizi qədər azarkeş buraxıla bilər. Bu da o deməkdir ki, 30 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionuna 15 min azarkeş buraxıla bilər.

 

Avqustun 12-də keçiriləcək "Qarabağ" - AEL oyunu saat 20:00-da başlayacaq. Komandalar arasında Kiprdə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Xəbər xətti