“Neftçi” heyətini rusiyalı futbolçu ilə gücləndirmək istəyib.
Sportal.az xəbər verir ki, “ağ-qaralar” ÇSKA-nın sabiq futbolçusu Sərdar Sərdarovu heyətinə qatmağa yaxın olub.
Lakin sonda danışıqlar müsbət yekunlaşmayıb və buna görə də yarımmüdafiəçi Azərbaycana gəlməyib. Halbuki Sərdarovun xidmətində maraqlı olan yeganə komanda “Neftçi” olmayıb.
Premyer Liqada mübarizə aparan əksər klublarımız rusiyalı futbolçunun transferində maraqlı olub. Xüsusilə “Neftçi” transferin həyata keçməsində aktivlik göstərib.
Sadəcə maddi məsələlərə görə keçid baş tutmayıb və Sərdarov Xorvatiyaya yollanaraq, “İstra” ilə müqavilə imzalayıb. “Anji” yetirməsi olan 27 yaşlı futbolçu ÇSKA, “Ural”, “Krılya Sovetov”, “Slaviya”(Sofiya), “Yenisey”, “Krakoviya”, “İnter”(Zapreşiça), “Mezökövesd” klublarında oynamışdı.