19 yaşlılardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təlim-məşq toplanışında olub.
Yığmanın baş məşqçisi Elxan Abdullayev Sportal.az saytına açıqlama verib. Təcrübəli mütəxəssis toplanış barədə məlumat verib, gələcək planları haqda danışıb:
"Təlim-məşq toplanışı plan üzrə getdi. 13 günlük toplanışı iki hissəyə böldük. Ayın 1-nə kimi fiziki hazırlıq üzərində çalışdıq. Hər gün iki məşq edirdik, futbolçuları fiziki olaraq yükləyirdik. Sonra isə Gürcüstanla iki yoxlama oyunu keçirdik.
Ümumilikdə toplanışdan razı qaldım. Amma çatışmayan cəhətlər çoxdur. İşləmək lazımdır. Vaxtımız çox deyil. Maksimum dərəcədə formanı yüksəltməyə çalışırıq. Futbolçular pandeniyaya görə çox oynamayıblar. İstəyirik ki, oyunçular seçmə mərhələ oyunlarına kimi hazır olsunlar. Gürcüstanla keçirdiyimiz hər iki oyundan razı qaldım. Futbolçular xarakter, əzmkarlıq göstərdilər, pis oynamadılar. Gürcüstan güclü komandadı. İkinci oyunda onları məğlub edə bildik.
Gələcək planımız odur ki, ayın 26-sı toplanıb, sentyabrın 1-i Serbiyaya turnirə gedəcəyik. Orada Serbiya, Monteneqro və Macarıstan komandaları iştirak edəcək.
Hər şey tək bizdən asılı deyil, biz milli komandayıq. İstəyirik ki, futbolçular çox oynasın. Futbolçuların çoxu artıq əvəzedici komandalarda oynayacaq. İndi klublarda məşq prosesi gedir, çempionatın başlamasını gözləyirik. Klublarla əl-ələ verib işləyəcəyik".
saytlarin hazirlanmasi