İngiltrənin "Mançester Siti" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Premyer Liqanın son çempionu müdafiəçi Con Stounz ilə sözləşmə yeniləyib. İngiltərə millisinin üzvünün müqaviləsi 2026-cı ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Con Stounz "Mançester Siti"yə 2016-cı ildə "Everton"dan transfer olub. 27 yaşlı müdafiəçi "şəhərlilər"in heyətində meydana çıxdığı 168 oyunda 10 qol vurub.
saytlarin hazirlanmasi