"Neftçi" ilə oyundan öncə HİK-də yeni müqavilə imzalandı

16:08 - 10 Avqust 2021

Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan HİK klubundan yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Finlandiya təmsilçisi baş məşqçi Toni Koskela ilə yeni sözləşmə imzalayıb. Yeni müqaviləyə əsasən 38 yaşlı mütəxəssis 2023-cü ilin yayınadək Helsinki klubunu çalışdıracaq.

 

Qeyd edək ki, Koskela 2019-cu ildən HİK-i çalışdırır.

 

Xatırladaq ki, "Neftçi" ilə HİK arasında Bakıda keçirilən oyun 2:2 hesablı heç-heçə ilə nəticələnib. Bu komandalar arasında cavab qarşılaşması 12 avqust tarixində Finlandiyada baş tutacaq.

Xəbər xətti