"Lion" Şakiri üçün təklif göndərdi

23:23 - 10 Avqust 2021

Fransanın "Lion" klubu "Liverpul"un futbolçusu Xerdan Şakirini transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, "aslanlar"ın ilk təklifindən sonra "Liverpul" 15 milyon avro tələb edib. Hazırda tərəflər arasında danışıqlar gedir.

 

"Qırmızılar" İsveçrə millisinin üzvünü 2018-ci ildə "Stok Siti"dən 14,7 milyon avroya transfer edib. 29 yaşlı yarımmüdafiəçinin 2 illik müqaviləsi mövcuddur.

Xəbər xətti