MOİK-in baş məşqçisi Asim İbrahimov Sportal.az saytına müsahibə verib:
- Yeni mövsümün hazırlığı necə gedir?
- Biz məşqlərə iki aydı başlamışıq. Binədə məşq edirik. Hazırlıq prosesi qaydasında gedir. Məşq etmək üçün hər şərait var.
- Komandadan ayrılan və yeni gələn oyunçular var?
- Komanda tam komplektləşib. Ötən mövsüm heyətdə olan futbolçulara şans verdik, baxış oldu. Sistemimizə, oyun fəlsəfəmizə uyğun olanlar bizimlə qaldı, olmayanlarla yollarımızı ayırdıq.
- Neçə yoxlama oyunu keçirəcəksiz?
- Oyun keçirmək üçün danışıqlar gedir. Biz hazırlığa tez başladıq. Elə komandalar var ki, avqust ayında toplanışa start veriblər. Ona görə də klublarla hələ yoxlama oyunu keçirə bilməmişik. U-17 millisi ilə oynamışıq. Çempionat başlayana kimi 4-5 oyun keçirmək istəyirik.
- Rəhbərlik tərəfindən qarşınıza hansı məqsəd qoyulub?
- MOİK-in əvvəlki imicini geri qaytarmaq, nizam-intizamlı komanda yaratmaq tapşırılıb. Konkret məqsəd qoyulmayıb. Bu, iş zamanı bəlli olacaq.
- Növbəti mövsüm MOİK-i Premyer Liqada görə bilərik?
- Bunu hamımız istəyirik. Bizim üçün hər cür şərait yaradılıbsa, nəticə də olmalıdı. Nizam-intizamlı, orduya yaraşan komanda yaratmaq istəyirik.
- "Adanaspor" kareyanız necə oldu?
- Məni ora idman direktoru kimi dəvət etmişdilər. Təlim-məşq toplanışında komandanı hazırladım. Mən idman direktoru idim. Türkiyə 1-ci liqasında legioner baş məşqçiyə icazə yoxdu. Türkiyə Futbol Federasiyası məşqçilik kareqoriyan olsa da, oyunlarda göstəriş verməyə icazə vermir. Orada olan hakimlər federasiyaya şikayət etdilər ki, "Adanaspor"un əcnəbi idman direktoru məşqçi kimi oyunçulara göstəriş verir. Mətbuat da bu haqda yazdı. Kluba cəzalar verildi. Fatih Ferim Adanalıdı. O da demişdi ki, kömək edəcəm. Həmin vaxt Fatih Terim milli komandadan uzaqlaşdı. Belə olduqda mən də Ukraynaya getdim. Orada ikinci liqada çıxış edən "Podili" klubunda 6 ay baş məşqçi oldum.
- "Darıca Gənclərbirliyi" kareyanız niyə uğursuz alındı?
- Uğursuz olmadı. Mən Ukraynada idim, Türkiyəyə dəvət etdilər. Dedilər klub alırıq, hər cür şərait yaradacağıq. Şərtlərimi dedim, onlar da qəbul etdilər. Beləliklə "Darıca Gənclərbirliyi"nin baş məşqçisi təyin olundum. Komandanı Antalyaya təlim-məşq toplanışına apardım. Yanvar ayında çempionat başlayanda transfer etmək üçün pulları olmadı. Komandanın bir çox oyunçuları da maaş ala bilmədikləri üçün ayrıldılar. Akademiyanın futbolçuları ilə oynadıq. Ehtiyat oyunçular olmadan oyunlara çıxırdıq. Komandanı yarı yolda qoymaq istəmədim. Klub aşağı liqaya düşdü. Dedim ki, komandanı yenidən 2-ci liqaya qaytaracam. Yeni başqan gəldi və mənimlə davam etmək istədiyini dedi. Amma sonra fikirlərini dəyişdilər.