"Qalatasaray" bu futbolçuları yola salır

19:19 - 11 Avqust 2021

Heyətində böyük dəyişikliklər edən "Qalatasaray" bir neçə futbolçunu satmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı nigeriyalı müdafiəçisi Valentine Ozornvaforu satışa çıxarıb. Komandanın digər nigeriyalı futbolçusu Cessi Sekidika isə yenə icarəyə veriləcək.

 

Heyətdə düşünülməyən Radamel Falkao və Sofyan Fequli üçün sərfəli təklif gəlsə, satılacaq. Əks təqdirdə, "sarı-qırmızılar" ən az zərərlə onlarla yolları ayıracaq.

 

Seneqallı hücumçu Mbaye Dian isə İngiltərə və İtaliya klublarından birinə satılacaq. Klub rəhbərliyi niderlandlı hücumçu Rayan Babelə klub tapmağı taşırıb. 34 yaşlı futbolçu komandanın gələcək planlarına daxil deyil.

 

Konqolu müdafiəçi Kristian Luyindamanın vəziyyəti isə qeyri-müəyyəndir. Onunla da yolların ayrılacağı ehtimalı var.

 

"Qalatasaray" bu yay Aytaç Kara, Alpaslan Öztürk, Barış Alper Yılmaz, Çiçeldu, Saşa Boy, Patrik Van Aanholt, Berkan Kutlu və Viktor Nelssonu transfer edib.

 

Xəbər xətti