Konfrans Liqasının üçüncü təsnift mərhələsinin “Qarabağ” – AEL (Limassol) görüşündən əvvəl rəqib komandanın baş məşqçisi Duşan Kerkez mətbuat konfransında çıxış edib.
Sportal.az xəbər verir ki, Limassol klubunun baş məşqçisi öncə görüşlə bağlı danışıb: “Sabah güclü rəqibə qarşı oynayacağıq. "Qarabağ" son 10 ildə Avropada fantastik nəticələr göstərən klubdu. Avrokuboklarda 2 mərhələ olduğu üçün ilk oyunun nəticəsi artıq geridə qalıb. Sabahkı oyunun çox yaxşı olacağını düşünürük. Anlayırıq ki, çox güclü komandaya qarşı oynayırıq. Sabahkı oyunda çox yaxşı oynamalıyıq. Azarkeş sayı da çox olacaq. Bu sevindiricidi. Pandemiyaya görə çoxdandır ki, çox azakeş qarşısında oynamırıq. İlk oyunda açıq futbol getdi. Bəlkə də əsas səbəbi UEFA-nın səfər qolunu bir növ ləğv etməsilə bağlıdı. Yəqin ki, sabahkı oyunda da açıq futbolun şahidi olarıq.
- Son illərdə Kipr və Azərbaycan klublarının oyunlarında xoşagəlməz hadisələr olur. Nəyə görə Kiprdəki oyunlarda Azərbaycan klublarına qarşı aqressivlik var?
- Özüm də Yuqosliyavadam. Bu cür hadisələrin şahidi olmuşam. Lakin artıq 2021c-i ildə də yaşayırıq. Belə şeylərə yer yoxdu. Futbolçular azarkeş üçün oynayır. Gəlin, futboldan danışaq. Türkiyə və yunan klubları arasında olur bu cür hadisələr yaşanır. İstəyərdim ki, belə hadisələr yaşanmasın.
- Kiprdəki hadisədən sonra “Qarabağ” azarkeşlərinin AEL-ə qarşı aqressivliyi daha da artıb. Stadiondakı təzyiqin sizə psixoloji cəhətdən mənfi təsiri olacaq?
- Azarkeş təzyiqinin komandama təsir edəcəyinə inanmıram. Çünki komandamızda təcrübəli oyunçular var. Biz daha böyük və daha ağır şərtlər altında oyunlara çıxmışıq. Bu mənada hər hansı təsir göstərəcəyini düşünmürəm.
- Növbəti mərhələ haqda fikriniz necədi? “Qarabağ”dan çəkinirsiniz?
- Təbii ki, püşkatma atılan zaman bir çox insan “Qarabağ”ın favorit olduğunu düşünürdü. Hətta şansları 40/60-a görürdü. Amma ilk matçdan sonra şanslar 50/50-di. Növbəti mərhələyə keçməyə şansımız var və bu şansdan istifadə etməyə çalışacağıq.
- İlk oyunda göründü ki, AEL heç-heçəyə də narazıdı. Turu keçməsəniz, faciə olacaq yoxsa, necə?
- Bunu oyundan sonra fikirləşəcəyik. İndi sabahkı oyuna konsentrasiya olmuşuq. Daha çox matç barədə düşünürük.