"Samtrediya"da şərait yaxşı deyildi" - MÜSAHİBƏ

12:13 - 12 Avqust 2021

"Samtrediya" ilə müqavilə imzalamış Ruslan Hacıyev Gürcüstan klubunda debüt etmədən oradan ayrılaraq vətənə qayıtdı. "Səbail"lə yenidən müqavilə imzalayan gənc futbolçu Sportal.az saytına müsahibə verib:

- Gürcüstandan ayrılaraq Bakıya gəlmisən və hətta "Səbail"lə də müqavilə imzaladın...
- Üç gündür ki, Bakıdayam. Artıq “Səbail”lə müqavilə imzalamışam və bu komandada oynayacam.

- Maraqlıdı, nə yaxşı “Səbail”ə keçidinə Aftandil Hacıyev razı oldu? Yoxsa, öncədən razılaşmışdınız ki, ölkəyə qayıdası olsan bu komandaya keçəcəksən?
- Aftandil Hacıyevə zəng edib qayıtmaq istədiyimi söylədim. Vəziyyəti ona danışdım. O da sağolsun, məni anlayışla qarşıladı və geri qayıtmaq istədiyimi müsbət qarşıladı. Bunda sonra da komandaya qoşuldum.

- Gürcüstana yollananda məqsədin oradan da  Avropaya getmək idi. Bunun baş tutmamasına çox üzüldün, yoxsa məqsədin Avropaya yollanmaq olaraq qalır?
- Doğrudu, Gürcüstandan Avropaya getmək istəyirdim. Ancaq bəzi səbəblərə görə alınmadı. İnsanlar məni qınaya bilər, amma bilmədikləri məqamlar var. İstədiyimə nail ola bilmədiyimə görə pis oldum. Ancaq Avropada oynamaq mənim xəyalımdı. Avropaya yollanmaq istəyim daha da artır. İlk növbədə bu mövsümü fikirləşirəm. Komandaya necə xeyir verə bilərəm deyə düşünürəm, özüm üçün daha yaxşı olmasını istəyirəm. Allah qoysa yenə də xaricə yollanacam.

- "Samtrediya"da debütünün baş tutmamasına əsas səbəb nə idi? 
- Bilirsiz, "Samtrediya"da şərait yaxşı deyildi.  Ancaq istədim ki, özümü sınayım. Sadəcə sonda belə alındı.

- Ayrılmaq istədiyini deyəndə klub hansısa təzminat istəmədiki? Çünki klubla müqavilən var idi...
- Elə dediyim məsələlərə görə klubdan ayrılmaq istədiyimi dedim onlara. Razılaşdıq, yollarımızı ayırdıq. Altı aylıq müqavilə olduğuna görə, klubdan ayrılmaq çətin olmadı.

Xəbər xətti