"Qalatasaray" Muriçi hədəfə aldı

18:56 - 12 Avqust 2021

"Qalatasaray" transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Xorvatiyanın "Riyeka" klubunun vingeri Robert Muriçi rənglərinə bağlamaq istəyir. Məlumata görə, "sarı-qırmızılar" bu keçid üçün 1,5 milyon avro təzminat ödəməyə hazırdır. "Riyeka" xorvatiyalı futbolçunun 1 illik müqaviləsi qaldığı üçün təkliflərə açıqdır.

 

25 yaşlı oyunçu 2019-cu ildə "Braqa"dan "Riyeka"ya keçib.

Xəbər xətti